Yuxarı

Nariman Mannapbekov: "Azərbaycanın enerji şəbəkəsinə yönələn ikinci kredit birincisindən kiçik ola bilər" - EKSKLÜZİV

Nəriman Manafbəyov: Azərbaycanın enerji şəbəkəsinə yönələn ikinci kre

Asiya İnkişaf Bankı (ADB) tərəfindən maliyyələşdirilən “Azərbaycanda elektrik paylayıcı şəbəkənin genişləndirilməsi” investisiya proqramı çərçivəsindəki ikinci tranş 50-100 mln. dollar məbləğində ola bilər.

Bunu “Report”a ADB-nin Azərbaycandakı nümayəndəsi Nariman Mannapbekov bildirib.

“ADB-nin çoxtranşlı maliyyəsi çərçivəsindəki ikinci kredit də birincisi kimi 250 mln. məbləğində nəzərdə tutulurdu. Amma artıq bu məsələyə xeyli çevik yanaşdığımız üçün növbəti tranş hökumətin ehtiyaclarına görə 50 mln., yaxud 100 mln. dollar ola bilər”, - N.Mannapbekov deyib.

Onun sözlərinə görə, artıq alt layihələr siyahısı tərtib olunub, öncüllüklərə əsasən, ADB maliyyəsinin yönəldiləcəyi layihə seçiləcək.

“Hazırda ilk tranş artıq xərclənib qurtarıb, onun bağlanması gözlənilir, çoxtranşlı maliyyənin qalan vəsaitlərini cəlb etmək üçün müvafiq qərar isə verilməyib. “Azərişıq”la danışıqlar hələ də davam edir”,- deyə ADB təmsilçisi qeyd edib.

Xəbər verildiyi kimi, 2015-ci ilin may ayında ölkənin elektrik paylayıcı şəbəkəsinin təkmilləşdirilməsi üçün 1 mlrd. dollar məbləğində sərmayə proqramının yerinə yetirilməsinə dair hökumətlə ADB arasında anlaşma memorandumu imzalanmışdı. Sənədə əsasən, ADB 750 mln. dollar məbləğində çoxtranşlı maliyyə, Azərbaycan hökuməti isə 250 mln. dollarlıq vəsait ayıracaq. Sözügedən vəsaitlər elektrik paylama şəbəkəsinin yenilənməsinə, istehlakçılara göstərilən xidmətlərin təkmilləşməsinə, köhnə sayğaçları əvəzinə rəqəmlilərin tətbiqinə, “Azərişıq” ASC-nin kadr heyətinin gücləndirilməsinə sərf olunmalıdır.

2016-cı ilin iyul ayında da hökumətlə ADB arasında ölkənin elektrik paylama şəbəkəsinin yenilənməsi üçün çoxtranşlı maliyyə proqramı çərçivəsində 250 mln. dollarlıq birinci tranşa dair kredit və zəmanət sazişi imzalanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi