Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir "Brent"in bir barelinin qiyməti 53,43 dollara düşüb
Energetika
18 Mart , 2015 09:21
Neftin ucuzlaşması davam edir

Bakı. 18 mart. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,97% yaxud 0,42 dollar ucuzlaşaraq 43,46 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də azalma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 0,02% və ya 0,01 dollar ucuzlaşaraq 53,43 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 49 dollar/barel olacağı təxmin edilir.

Son xəbərlər

Orphus sistemi