Neftin qiymətində cüzi dəyişikliklər müşahidə olunur

Neftin qiymətində cüzi dəyişikliklər müşahidə olunur “OPEC+” monitorinq komitəsinin tövsiyəsi neft bazarında tələbatla bağlı müsbət siqnal kimi qəbul edilib
Energetika
28 Aprel , 2021 11:02
Neftin qiymətində cüzi dəyişikliklər müşahidə olunur

Dünya bazarında neftin qiyməti bu gün səhər saatlarında dəyişməz olaraq qalıb.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyul fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 08:55-də 0,02 faiz azalaraq 65,86 ABŞ dolları səviyyəsində qərarlaşıb. Bu neft markasının iyun fyuçersləri isə 0,02 faiz bahalaşaraq 66,43 dollara təklif olunub.

Bu arada WTI neftinin də iyun fyuçerləri 0,02 faiz bahalaşıb və bir bareli 62,95 dollarına satılıb.

Xatırladaq ki, “OPEC+” nazirlərinin monitorinq komitəsi aprelin 27-də baş tutmuş iclasdan sonra iştirakçı ölkələrə hasilatın ixtisarına dair sazişin mövcud şərtlərini may-iyul aylarında da dəyişilməz olaraq saxlamağı tövsiyə edib. Qeyd edək ki, sözügedən şərtlərə əsasən, neft təlabatı bərpa olunduqca ixtisar həcmləri də tədricən azalacaq.

Monitorinq komitəsinin bu tövsiyəsi neft bazarında tələbatla bağlı müsbət siqnal kimi qəbul edilib.

Lakin, eyni zamanda, ən böyük neft idxalçılarından olan Hindistan və Yaponiyada koronavirusa yoluxmaların artması səbəbindən tələbatın azalması riskləri də qalmaqdadır.

İngilis versiyası Oil prices fall slightly 

Son xəbərlər

Orphus sistemi