Dünya bazarında neft bahalaşıb

Dünya bazarında neft bahalaşıb Ekspertlərin fikrincə, neft bazarlarında ciddi qiymət artımı üçün ən az yarım il gözləmək lazım gələcək
Energetika
31 Yanvar , 2015 02:11
Dünya bazarında neft bahalaşıb

BAKI. 31 yanvar. REPORT.AZ/ Dünya bazarlarında neftin qiyməti bahalaşıb. "Report" xəbər verir ki, London birjasında «Brent» markalı neftin 1 barrelinin qiyməti 50.19 dollara çatıb.

Nyu-York birjasında isə WTI markalı neftin bir barrelinin qiyməti 45.76 dollar səviyyəsində olub.

Qeyd edək ki, son aylar ərzində dünya bazarlarında "qara qızılın" qiyməti iki dəfə ucuzlaşıb. Ekspertlərin fikrincə, neft bazarlarında ciddi qiymət artımı üçün ən azı yarım il gözləmək lazım gələcək.

Son xəbərlər

Orphus sistemi