Neftin qiyməti il ərzində ilk dəfə 65 dolları ötdü   

Neftin qiyməti il ərzində ilk dəfə 65 dolları ötdü    Dünya neft bazarlarında “Brent” markalı neft yenə bahalaşır
Energetika
18 Fevral , 2021 05:56
Neftin qiyməti il ərzində ilk dəfə 65 dolları ötdü   

Dünya bazarlarında “Brent” markalı neft yenə bahalaşır.

“Report” xəbər verir ki, Londonun “İCE Futures” birjasında “Brent” markalı neftin aprel fyuçersi bahalaşaraq 65,46 ABŞ dollarına satılıb.

“Brent” markalı neft son dəfə 2020-ci ilin yanvarında 65 dollarlıq həddi keçmişdi.

Bundan sonra neftin qiyməti ucuzlaşıb. Əvvəlcə OPEC+ sazişinin pozulması, sonra isə işgüzar və istehsal fəallığını əhəmiyyətli dərəcədə azaldan koronavirus pandemiyası ucuzlaşmanın əsas amili olub. Pandemiya şəraitində xüsusən beynəlxalq daşınmalar sektoru azalıb, bu da həmçinin neftin qiymətinə təsir göstərib.

İndi dünyada koronavirusa yoluxma azalmağa doğru gedir. Bu isə fevralda qiymətlərdə maksimum həddə nail olmağa imkan verib.

Dünən isə bildirilib ki, ABŞ-ın cənubunda son günlər düşən şaxtalı və çovğunlu hava üzündən neft hasilatında yaranan fasilələr qiymətlərin artmasına gətirib çıxarıb. Eyni zamanda, OPEC+ formatı çərçivəsində hasilat məhdudiyyətlərinin aprel ayından sonra yumşalacağı gözləntiləri bu bahalaşmanı bir qədər ləngidib. Ötən gün Bakı vaxtı ilə saat 10.50-yə olan vəziyyətə görə “Brent” markalı neftin aprel fyüçersləri 0,24 faiz bahalaşaraq 63,5 ABŞ dollarına satılıb.

Son xəbərlər

Orphus sistemi