Neftin qiyməti fərqli dinamika nümayiş etdirib

Neftin qiyməti fərqli dinamika nümayiş etdirib Dünya bazarında neftin qiyməti fərqli dinamika nümayiş etdirib.
Energetika
26 yanvar 2023 05:48
Neftin qiyməti fərqli dinamika nümayiş etdirib

Dünya bazarında neftin qiyməti fərqli dinamika nümayiş etdirib.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 0,1 % ucuzlaşaraq 1 bareli 86,03 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə əksinə 0,16 % artaraq 1 bareli 80,28 ABŞ dolları təşkil edib.

Çində Ay təqviminə görə Yeni il bayramının qeyd olunması fonunda ticarət həcmi azalıb. Çin neftin ən böyük istehlakçılarından və idxalçılarından biridir.

Orphus sistemi