Neftin qiyməti aşağı düşüb

Neftin qiyməti aşağı düşüb "Brent" markalı neft 1,86% ucuzlaşıb
Energetika
7 Dekabr , 2016 00:24
Neftin qiyməti aşağı düşüb

Bakı. 7 dekabr. REPORT.AZ/ London və Nyu-York birjalarında elektron hərraclar zamanı neftin dünya qiymətləri aşağı düşməyə başlayıb.

"Report" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı yüngül neftin yanvar fyuçersləri 1,66% aşağı düşərək bir barel üçün 50,93 dollar təşkil edib.

Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin fevral fyuçersləri 1,86% azalıb və bir barelə görə 53,92 dollara bərabər olub.