Neftin qiyməti aşağı düşüb

Neftin qiyməti aşağı düşüb Bu, bazarda qlobal bolluğun saxlanılması ilə bağlı narahatçılıq üzündən baş verib
Energetika
16 Yanvar , 2017 21:58
Neftin qiyməti aşağı düşüb

Bakı. 16 yanvar. REPORT.AZ/ Neftin dünya qiymətləri investorların neft hasilatçılarının OPEC paktına əməl edəcəyi və bazarda xammalın qlobal bolluğu ilə bağlı problemi həll edəcəklərinə şübhə ilə yanaşmaları səbəbindən bazar ertəsi ucuzlaşmaqda davam edib.

"Report" xəbər verir ki, bu barədə hərracların nəticələri deməyə əsas verir.

Bakı vaxtı ilə 21.20-yə olan vəziyyətə görə, Şimal dəniz qatışığı olan "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 0,07 faiz aşağı düşərək bir barel üçün 55,41 dollar təşkil edib. WTI markalı yüngül neftin fevral fyuçerslərinin qiyməti 0,17 faiz azalaraq bir barelə görə 52,28 dollara düşüb.

Son xəbərlər

Orphus sistemi