Neftin qiyməti artıb

Neftin qiyməti artıb İnvestorların neft tədarükünün azalacağını gözləməsi fonunda dünya bazarlarında bu enerji resursunun qiyməti 1%-dən çox artıb.
Energetika
28 İyun , 2022 10:38
Neftin qiyməti artıb

İnvestorların neft tədarükünün azalacağını gözləməsi fonunda dünya bazarlarında bu enerji resursunun qiyməti 1%-dən çox artıb.

“Report” xəbər verir ki, bunu birjaların məlumatları göstərir.

“Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 1,23% bahalaşaraq 112,34 ABŞ dollarına, WTI markalı neftin avqust fyuçerslərinin qiyməti isə 1,02% artaraq 110,69 dollara çatıb.

Neftin bahalaşmasına səbəb G7 ölkələrinin Rusiyadan tədarük ediləcək neftin maksimum qiymətinin müəyyən edilməsi ilə bağlı müzakirələr aparmasıdır. Bundan başqa, Avropa İttifaqının Rusiyadan neft idxalına embarqo qoyulması da müzakirə edilir.

Son xəbərlər

Orphus sistemi