Neftin qiyməti 5% artıb

Neftin qiyməti 5% artıb Bakı. 3 dekabr. REPORT.AZ/ ABŞ-la Çinin ticarət müharibəsində 90 günlük atəşkəs elan etməsi, Qətərin gələn ilin yanvar ayından OPEC üzvlüyünü tərk edəcəyi, OPEC-in bu həftəki görüşündə hasilatın azaldılması ilə bağlı qərar qəbul ediləcəyi xəbərlərinin ardından birjalarda neftin qiyməti sürətlə artmağa başlayıb.
Energetika
3 Dekabr , 2018 10:53
Neftin qiyməti 5% artıb

Bakı. 3 dekabr. REPORT.AZ/ ABŞ-la Çinin ticarət müharibəsində 90 günlük atəşkəs elan etməsi, Qətərin gələn ilin yanvar ayından OPEC üzvlüyünü tərk edəcəyi, OPEC-in bu həftəki görüşündə hasilatın azaldılması ilə bağlı qərar qəbul ediləcəyi xəbərlərinin ardından birjalarda neftin qiyməti sürətlə artmağa başlayıb.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 10:52-yə olan məluamat görə, "Brent" markalı Şimal dəniz neft qatışığının fevral fyuçerslərinin qiyməti 4,73% artaraq 62,27 dollar/barel olub.

WTI markalı yüngül neftin yanvar fyuçerslərinin qiyməti isə bir barelə görə 5,11% artaraq 53,53 dollar təşkil edib.

İngilis versiyası Oil price soars 5%

Son xəbərlər

Orphus sistemi