Neftin qiyməti 46 dolları ötüb

Neftin qiyməti 46 dolları ötüb Dünya bazarlarında neftin qiyməti ABŞ valyutasının zəifləməsi fonunda bahalaşıb.
Energetika
31 Avqust , 2020 11:29
Neftin qiyməti 46 dolları ötüb

Dünya bazarlarında neftin qiyməti ABŞ valyutasının zəifləməsi fonunda bahalaşıb.

“Report” xəbər verir ki, bunu hərrac məlumatları göstərir.

Belə ki, Bakı vaxtı ilə səhər saat 09:10-a olan məlumata görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,57% bahalaşaraq bir barel üçün 46,07 ABŞ dolları, WTI markalı neftin oktyabr fyuçersləri isə 0,35% bahalaşaraq 43,12 dollar/barel səviyyəsinə yüksəlib.

Qeyd edək ki, Yaponiyadan gələn məlumatlara görə, ABŞ dollarının yenə qarşı məzənnəsi cümə günü 1% aşağı düşüb. Yaponiyanın Baş Naziri Sindzo Abe cümə günü səhhəti ilə əlaqədar istefa verdiyini açıqlayıb. Bazar ertəsi dollar korreksiya çərçivəsində yenə qarşı bir qədər möhkəmlənir, lakin dünya valyutalarına qarşı dollar indeksi azalır.

Zəif dollar neft də daxil olmaqla, xammalların dəyərini dəstəkləyir, çünki bu yolla onlar fərqli valyutaya sahib investorlar üçün ucuz başa gəlir.

İngilis versiyası Oil prices rise above $ 46

Son xəbərlər

Orphus sistemi