Yuxarı

​Neftin qiyməti 45 dolları keçib

Bu, son iki həftənin rekordudur

Bakı. 8 avqust. REPORT.AZ/ Bu gün dünya bazarında "Brent" markalı neftin qiyməti son iki həftədə ilk dəfə 45 dollar həddini keçib. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, təqribən 3 saat bundan əvvəl London əmtəə birjasında qara qızılın 1 bareli 45,05 dollara satılıb.

Bu isə ötən günün yekunu ilə müqayisədə 1,67% və yaxud 0,7 dollar çoxdur. Ümumiyyətlə, "Brent" nefti sonuncu dəfə iyulun 25-də 45,7 dollara satılıb.

"WTI" markalı neft də bahalaşmaqdadır. Bu gün Nyu-York birjasında qara qızıın hər bareli 42,56 dollara realizə edilib. Bu isə əvvəlki gün qeydə alınmış qiymətdən 1,89% və yaxud 0,76 dollar çoxdur.

Bahalaşmaya səbəb Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) prezidenti, Qətərin energetika naziri Məhəmməd bin Saleh-Əs-Sədanın açıqlaması olub. 

Xatırladaq ki, OPEC rəhbəri bu ilin III-IV rüblərində dünyada neftə tələbatın artacağını və bununda da onun bahalaşacağını bildirib. Onun sözlərinə görə, neftin qiyməti ilə bağlı bu il sentyabrın 26-28-də Əlcəzairdə keçirilməsi planlaşdırılan Beynəlxalq Energetika Forumunda qeyri-rəsmi müzakirələr olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi