​Neftin daha da ucuzlaşacağı gözlənilir

​Neftin daha da ucuzlaşacağı gözlənilir İraq neft ixracını rekord həddə catdıracağını bildirir
Energetika
27 May , 2015 09:48
​Neftin daha da ucuzlaşacağı gözlənilir

Bakı. 27 may. REPORT.AZ/ İraq bu ilin iyun ayında dünya bazarına neft ixracını gündəlik 3,75 mln. barelə çatdıracağını bildirib. Bununla da OPEC ABŞ-da şist nefti hasil edən şirkətləri bazardan çıxarmağı planlaşdırır.

"Bloomberg" agentliyinin verdiyi məlumata görə, iyun ayına olan neft satışı qrafikləri İraqın gündəlik neft yükləmələrini 26% və ya 800 min barel artıracağını göstərir. Müqayisə üçün qeyd edək ki, bu, Qətərin bazara çıxardığı neftin həcmindən çoxdur.

"Report" xəbər verir ki, iyunun 5-də keçiriləcək OPEC ölkələrinin yarımillik iclasında kartel üzvlərinin neft hasilatını azaltmayacaqları proqnozlaşdırılır. Hasilat əvvəlki səviyyədə, yəni gündəlik 30 mln. barel həcmində qalsa da, hazırda OPEC-in daha çox neft hasil etdiyi bildirilir. Belə ki, aprel ayında OPEC 30,84 mln. barel neft hasil edib. İraqın hasilatı artırması ilə bu rəqəmin daha da yüksələcəyi gözlənilir. Qeyd edək ki, apreldə İraq rekord həddə (3,1 mln.barel/gün) neft ixrac edib. Keçən il İraq gündəlik 3,3 mln. barel neft hasil edib. Bu da 1979-cu ildən sonra ən yüksək hasilat həcmidir. Artıq 2018-ci ilə qədər İraq gündəlik neft hasilatını 6 mln. barelə qədər artırmağı planlaşdırır.

Beynəlxalq Energetika Agentliyinin (BEA) may ayındakı məruzəsində OPEC-in ABŞ-dakı şist nefti hasil edən bir çox şirkəti bazardan çıxarmağa müvəffəq olduğu bildirilir. Lakin sənəddə vurğulanır ki, OPEC-in kartelə üzv olmayan ölkələrlə mübarizəsi hələ yeni başlayır.

Bu xəbərlərin təsiri səbəbindən "Brent" markalı neftin qiyməti 63,73 dollar/barel, WTI markalı neftin qiyməti isə 58,21 dollar/barelə düşüb.

İngilis versiyası Oil prices expected to fall

Son xəbərlər

Orphus sistemi