Neftin bahalaşması sürətləndi

Neftin bahalaşması sürətləndi “Brent” markalı neftin qiymətinin 60-65 dollar arasında sabitləşəcəyi güman edilir
Energetika
7 Aprel , 2021 16:13
Neftin bahalaşması sürətləndi

ABŞ hökumətinin ölkədəki neft ehtiyatlarının həcminə dair rəsmi açıqlaması ərəfəsində neftin qiymətləri artmaqda davam edir.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 14:11-ə olan vəziyyətə görə, “Brent” markalı neftin iyun fyuçersləri 0,99 faiz bahalaşaraq 63,35 ABŞ dollarından, WTI markalı neftin may fyuçersləri isə 0,91 faiz bahalaşaraq 59,86 dollardan satılıb.

API-nin məlumatına görə, ötən həftə ABŞ-dakı neft ehtiyatları 2,62 milyon barel azalıb. Bu gün axşam hökumətin verəcəyi rəsmi açıqlamada 1,44 milyon barel azalmanın bildiriləcəyi gözlənilir.

Bununla yanaşı, “Brent” markalı neftin qiymətinin 60-65 dollar arasında sabitləşəcəyi güman edilir.

“OPEC+ çərçivəsində artacağı deyilən hasilat müvafiq şəkildə tələbat artımı ilə də təmin olunmalıdır”, - “Saxo Bank” eksperti Ole Hansen bildirib.

Son xəbərlər

Orphus sistemi