Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir "Brent" markalı neftin qiyməti 5,9% artaraq 63,3 dollar/barelə çatıb
Energetika
16 Aprel , 2015 09:34
Neftin bahalaşması davam edir

Bakı. 16 aprel.REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 5,50% yaxud 3,10 dollar bahalaşaraq 56,39 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində də artım müşahidə olunub. "Brent"in bir barelinin qiyməti 5,85% və ya 3,5 dollar bahalaşaraq 63,31 dollara qalxıb.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 64 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi