Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir "Brent" markalı neftin qiyməti 59 dollar/barel həddini keçib
Energetika
8 Aprel , 2015 09:23
Neftin bahalaşması davam edir

Bakı. 8 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 3,41% yaxud 1,84 dollar bahalaşaraq 53,98 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində də artım müşahidə olunub. "Brent"in bir barelinin qiyməti 1,66% yaxud 0,98 dollar bahalaşaraq 59,10 dollara çatıb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 62 dollar/barel olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi