Neftçalanın Mürsəqulu kəndinə ilk dəfə qaz verilib

Neftçalanın Mürsəqulu kəndinə ilk dəfə qaz verilib Daha 257 abonent qazla təmin olunub
Energetika
6 Aprel , 2016 14:03
Neftçalanın Mürsəqulu kəndinə ilk dəfə qaz verilib

Bakı. 6 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Neftçala rayonunun Mürsəqulu kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 257 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 22 780 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi