Neftçalanın Astanlı kəndinə qaz verilib

Neftçalanın Astanlı kəndinə qaz verilib Tikinti-quraşdırma işləri başa çatdırılmış Neftçala rayonunun 240 evdən ibarət Astanlı kəndinə bu gün qaz verilib.
Energetika
17 Sentyabr , 2019 13:18
Neftçalanın Astanlı kəndinə qaz verilib

Tikinti-quraşdırma işləri başa çatdırılmış Neftçala rayonunun 240 evdən ibarət Astanlı kəndinə bu gün qaz verilib.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu ilin dövlət proqramı əsasında icra olunan qaz çəklişi zamanı ümumi uzunluğu 21 139,1 metr olan qaz xətləri çəkilib və qaz sayğacları quraşdırılıb. Beləliklə, Astanlı kəndi də daxil olmaqla Neftçala rayonunda ümumilikdə 15 643 abonent təbii qazla təmin olunub.

Orphus sistemi