​Neft yataqlarındakı ekoloji monitorinq proqramının nəticələri müzakirə edilib

​Neft yataqlarındakı ekoloji monitorinq proqramının nəticələri müzakirə edilib “Neft Daşları” və “Günəşli” yataqlarının ekoloji vəziyyətinin qiymətləndirilməsi üzrə toplantı keçirilib
Energetika
7 İyun , 2016 16:47
​Neft yataqlarındakı ekoloji monitorinq proqramının nəticələri müzakirə edilib

Bakı. 7 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ekoloji monitorinq Departamentində “Neft Daşları” və “Günəşli” yataqlarının ekoloji vəziyyətinin qiymətləndirilməsi üzrə 2011-2015 ci illərdə aparılan monitorinq nəticələrinin təhlili ilə bağlı toplantı keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, “Neft Daşları” və “Günəşli” yataqlarında 2011-2015-ci illərdə aparılmış ekoloji monitorinq nəticələri üzrə dinamika” mövzusunda nümayiş etdirilmiş təqdimatda yataqlar haqqında ümumi məlumat, monitorinqlərin aparılma metodikası, dəniz suyunun fiziki-kimyəvi parametrləri, Xəzər dənizinin axınları, dəniz suyunun və dib sahəsinin kimyəvi, bioloji tədqiqatları və tədqiqatlar zamanı əldə olunmuş nəticələrin müqayisəli təhlili yer alıb. 

Ekologiya İdarəsinin rəisi Azər Əliyev layihələrin icrasına, əldə edilmiş nəticələrə və öyrənilmiş təcrübəyə həsr olunmuş fikir mübadiləsi və müzakirələr aparılmasının əhəmiyyətindən danışıb, rəylər və şərhlər dinlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Bildirilib ki, SOCAR-ın digər neft-qaz yataqlarında çirkləndiricilərin və bioloji mühitin dinamikasının araşdırılması məqsədi ilə ekoloji monitorinqlərin nəticələrinə həsr edilmiş müzakirələr davamlı olaraq aparılacaq.

Son xəbərlər

Orphus sistemi