Neft və qaz qazma qurğularının sayı azalıb

Neft və qaz qazma qurğularının sayı azalıb Fevral ayında dünyada qazma qurğularının sayı 7 faiz artmışdı
Energetika
14 Aprel , 2021 15:46
Neft və qaz qazma qurğularının sayı azalıb

Dünyada neft və qaz qazma qurğularının sayı dörd ay dalbadal artdıqdan sonra ötən ay azalıb.

“Report” “OilCapital”a istinadən xəbər verir ki, “Baker Huges” enerji şirkətinin hesabatına görə, fevral ayında fəaliyyət göstərən 1 270 qazma qurğusuna qarşı mart ayında bunların sayı 1 231 olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 733 ədəd azdır.

ABŞ-da mart ayında qazma qurğularının sayı mart ayında 10 ədəd artaraq 408-ə çatıb, Kanadada isə 63 ədəd azalaraq 108-dək geriləyib. Afrikada qurğuların sayı 2 ədəd artaraq 59-a, Avropada 2 ədəd artaraq 100-ə, Yaxın Şərqdə 1 ədəd artaraq 261-ə, Asiya – Pasifik regionunda 9 ədəd artaraq 170-ə çatıb, Latın Amerikasında isə əvvəlki aydakı kimi, 125 ədəd qalıb.

Fevral ayında dünyada qazma qurğularının sayı 7 faiz artmışdı.

Son xəbərlər

Orphus sistemi