Yuxarı

Neft ucuzlaşmağa başlayıb

Brent markalı neftin qiyməti 62 dollar/barelə düşüb

Bakı. 22 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,2% enərək 56,61 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində də analoji azalma qeydə alınıb. "Brent"in bir barelinin qiyməti 2,2% ucuzlaşaraq 62,08 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 65 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi