Neft tələblə bağlı narahatlıqlar səbəbindən 1 %-dən çox ucuzlaşıb
Energetika
- 16 avqust, 2021
- 07:22
Koronavirus pandemiyası şəraitində tələblə bağlı narahatlıqlar dünya bazarında neftin ucuzlaşmasına səbəb olub.
“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 9.07-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 1,05 % ucuzlaşaraq, 1 bareli 69,85 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti isə 1,08 % aşağı düşərək, 1 bareli 67,71 ABŞ dolları təşkil edib.
Davam etməkdə olan koronavirus pandemiyası şəraitində tələblə bağlı narahatlıqlar neft qiymətlərinə təzyiq göstərir. Belə ki, bir sıra ölkələrdə yoluxma səviyyəsinin yenidən artmağa başlaması hökumətləri əhalinin hərəkətinə yeni məhdudiyyətlər tətbiq etməyə məcbur edib.
Son xəbərlər
10:18
Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır
Xarici siyasət10:16
"Real"ın zədəli futbolçusu Rodriqonun yaşıl meydanlara dönəcəyi vaxt müəyyənləşib
Futbol10:03
Foto
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
Sosial müdafiə09:49
"Liverpul", "Bavariya" və "Real" Avstriya millisinin futbolçusu Paul Vanneri transfer etmək istəyir
Futbol09:49
Foto
Azərbaycan ADB ilə "yaşıl maliyyə"nin inkişafını müzakirə edib
Maliyyə09:49
KPMG: Qlobal minimum vergi qaydaları şəraitində Azərbaycan investisiya strategiyasını yeniləyir
Maliyyə09:45
Foto
Məktəblərdə ilk dərs günü həyəcanı - FOTOREPORTAJ
Elm və təhsil09:40
"Fitch" SOCAR-ın uzunmüddətli reytinqini təsdiq edib
Maliyyə09:39