Neft sürətlə ucuzlaşır

Neft sürətlə ucuzlaşır "Brent" markalı neftin qiyməti 62 dollara düşüb
Energetika
5 İyun , 2015 08:16
Neft sürətlə ucuzlaşır

Bakı. 5 iyun. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 3,26 dollar yaxud 5,32% ucuzlaşaraq 58,00 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 2,77% yaxud 1,77 dollar geriləyərək 62,03 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 65 dollar/barel olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi