​Neft son beş ilin ən aşağı həddinə düşüb

​Neft son beş ilin ən aşağı həddinə düşüb ABŞ birjalarında WTI markalı xam neftin qiyməti 1,24 dollar yaxud 1,9% ucuzlaşaraq 64,60 dollar/barel olub.
Energetika
8 Dekabr , 2014 19:49
​Neft son beş ilin ən aşağı həddinə düşüb
Bakı. 8 dekabr. REPORT.AZ/ Dekabrın 8-də "Brent" markalı neftin bir barreli 2 dollar da ucuzlaşaraq son 5 ilin ən aşağı həddinə çatıb. "Report" xəbər verir ki, maliyyə tədqiqaqtları ilə məşğul olan "Morgan Stanley" firması neftin qiymətinin ucuzlaşması ilə bağlı proqnozlarını açıqlayıb.

Birjalarda "Brent" markalı xam neftin qiyməti 1,82 dollar yaxud 2,6% ucuzlaşaraq 67,25 dollar/barelə düşüb. 5 il bundan öncə isə 66,77 dollar/barel olub.

Qurumun analitiki Adam Longson açıqlamasında neftin qiymətinin 43 dollar/barelə çata biləcəyini deyib:

"OPEC proseslərə müdaxilə etməzsə gələn il dünya abzarında neftin qiyməti 43 dollar/barelə düşə bilər".

ABŞ İnvestisiya Bankı isə neftin qiymətinin daha ucuz olacağını proqnozlaşdırıb:

"2015-ci ildə "Brent" markalı neftin bareli 28-70 dollar arasında, 2016-cı ildə isə 16-88 dollar arasında dəyişəcək".

Xatırlasdaq ki, OPEC-in hasilatı azaltmaqla bağlı əklifləri qəbul etməməsindən sonra xam neftin qiyməti sürətlə ucuzlaşmağa başlayıb. Sonuncu dəfə 2009-cu ilin iyulunda belə bir ucuzlaşmanın olduğunu açıqlayan bazar iştirakçıları OPEC-in müdaxiləsi olmazsa proseslərin davam edəcəyini söyləyib. Hazırda OPEC-ə üzv ölkələrin gündəlik hasilat həcmi 800 min bareldir.

Hazırda ABŞ birjalarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 1,24 dollar yaxud 1,9% ucuzlaşaraq 64,60 dollar/barel olub. 2009-cu ilin iyulunda isə WTI-nin qiyməti 63,72 dollar/barel olub.

Son xəbərlər

Orphus sistemi