Neft qiymətləri tələblə bağlı narahatlıqlar səbəbindən dəyişir

Neft qiymətləri tələblə bağlı narahatlıqlar səbəbindən dəyişir “Brent” markalı neftin yanvar fyuçerlərinin qiyməti 38,25 ABŞ dollarına düşüb, dekabr fyuçersləri isə 37,73 ABŞ dollarına çatıb
Energetika
462
30 Oktyabr , 2020 17:08
Neft qiymətləri tələblə bağlı narahatlıqlar səbəbindən dəyişir

Qlobal neft qiymətləri cümə günü dəyişkənliyi ilə diqqət çəkir.

“Report” xəbər verir ki, bunu sövdələşmə məlumatları göstərir.

Bakı vaxtı ilə saat 15:26-ya olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 0,05% azalaraq bir barel üçünn 38,25 ABŞ dollarına düşüb, dekabr fyuçersləri isə 0,16% artaraq bir barel üçün 37,73 ABŞ dollarına çatıb. WTI markalı neftin dekabr fyuçersləri 0,06% bahalaşaraq 36,19 dollar/barel səviyyəsinə çatıb. Daha əvvəl hər iki markanın fyuçersləri “qırmızı zona”da alınıb-satılıb.

Cümə günü gündüz saatlarında neft qiymətləri vahid dinamika sərgiləyir. Eyni zamanda müşahidə olunan artıma baxmayaraq, cari ay üçün WTI markalı neftin dəyəri 10%, “Brent” isə 8% azalmağa yaxınlaşır.

Son xəbərlər

Orphus sistemi