Neft qiymətləri Qətər ətrafında yaranan diplomatik qalmaqalla yüksəlib

Neft qiymətləri Qətər ətrafında yaranan diplomatik qalmaqalla yüksəlib Proqnoz: Neft qiymətləri mərhələli şəkildə azalmağa davam edəcək
Energetika
5 İyun , 2017 12:40
Neft qiymətləri Qətər ətrafında yaranan diplomatik qalmaqalla yüksəlib

Bakı. 5 iyun. REPORT.AZ/ Dünya neft qiymətləri 4 ərəb ölkəsinin Qətərlə diplomatik əlaqələrini kəsməsi səbəbindən bu gün, iyunun 5-də səhər saatlarından etibarən yüksəlməyə başlayıb. "Report"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, "Brent" markalı neftin qiyməti cümə gününün qapanışı ilə müqayisədə 1,2% artaraq 48,3 dollar/barelə çatıb.

Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qətərin Fars körfəzinə çıxışını qapadıblar. Bu da öz növbəsində dünyanın ən böyük neft hasilatına sahib olan bölgədə gərginlik yaradıb.

"Report"un analitik qrupu bildirir ki, bu həftə investorların diqqəti ABŞ-da neft ehtiyatlarının həcmindəki dəyişiklik, gündəlik hasilat və aktiv neft quyularında olacaq. ABŞ-da neft ehtiyatlarında bu həftə açıqlanacaq göstəricilərdə artımın qeydə alınması ehtimalı yüksəkdir. Belə olduğu təqdirdə "Brent" markalı neftin qiyməti bir qədər də azalaraq 46-48 dollar/barelə geriləyə bilər. Neftin qiymətində azalmanın ABŞ-da hasilatın sabitləşəcəyinə qədər mərhələli şəkildə həyata keçməsi gözlənilir. Əgər 46-48 dollar/barel səviyyəsində ABŞ-da hasilat artmağa davam edərsə, o zaman qiymətlər 43-45 dollar/abrelə qədər enə bilər.

Son xəbərlər

Orphus sistemi