Neft qiymətləri cüzi düşüb

Neft qiymətləri cüzi düşüb ABŞ Neft İnstitutu (API) ölkənin xam neft ehtiyatlarında ciddi artım olduğu barədə məlumat yayıb. Bu məlumatdan sonra neft qiymətləri cüzi düşüb.
Energetika
28 Fevral , 2024 10:11
Neft qiymətləri cüzi düşüb

ABŞ Neft İnstitutu (API) ölkənin xam neft ehtiyatlarında ciddi artım olduğu barədə məlumat yayıb. Bu məlumatdan sonra neft qiymətləri cüzi düşüb.

“Report” xəbər verir ki, bunu birjaların məlumatları göstərir.

Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 0,37 ABŞ dolları aşağı düşüb və 1 barel üçün 83,28 ABŞ dolları təşkil edib.

Nyu-York əmtəə birjasında “WTI” markalı neftin aprel fyuçersləri 0,3 ABŞ dolları ucuzlaşaraq 1 barel üçün 78,57 ABŞ dolları olub.

Qeyd edək ki, API-ın məlumatına əsasən, ABŞ-də neft ehtiyatları ardıcıl dördüncü həftədir ki, 8,428 milyon barel artıb.

Son xəbərlər

Orphus sistemi