​Dünya bazarında neftin ucuzlaşması davam edir

​Dünya bazarında neftin ucuzlaşması davam edir WTI markalı neftin qiyməti 57,8 dollar/barelə düşüb
Energetika
13 Dekabr , 2014 09:15
​Dünya bazarında neftin ucuzlaşması davam edir

Bakı. 13 dekabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 3,70% yaxud 2,14 dollar ucuzlaşaraq 57,81 ABŞ dolları təşkil edib.

"Report"un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də ucuzlaşma müşahidə olunub. Belə ki, "Brent"in bir bareli 2,96% və ya 1,83 dollar ucuzlaşaraq 61,85 dollara düşüb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2014-cü il üzrə neftin orta qiymətinin 66 dollar/barel olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi