Neft naziri: "İranın 200 milyard dollar investisiyaya ehtiyacı var"

Neft naziri: "İranın 200 milyard dollar investisiyaya ehtiyacı var" "Bu vəsaitin 130 mlrd. dollarının hasilata yönəldilməsi nəzərdə tutulur"
Energetika
15 İyun , 2016 14:34
Neft naziri: İranın 200 milyard dollar investisiyaya ehtiyacı var

Bakı. 15 iyun. REPORT.AZ/ "İranın neft və qaz sənayesini inkişaf etdirmək üçün xarici investisiyalara ehtiyac var".

"Report" "Şana" agentliyinə istinadən xəbər verir ki, bunu İranın neft naziri Bijən Namdar Zəngənə bildirib.

O deyib ki, hökumətin xarici investisiyadan istifadə etməkdə məqsədi neft və qaz yataqlarının inkişafı, yeni texnologiyanın gətirilməsi və məşğulluğun artırılmasıdır.

Nazir qeyd edib ki, "Beş illik İnkişaf Planı"nın məqsədlərinə nail olmaq üçün İranın 200 mlrd. dollar investisiyaya ehtiyac var və bu vəsaitin də 130 mlrd. dolları hasilata sərf olunmalıdır.

B.N.Zəngənə deyib ki, Neft Nazirliyinin ehtiyacı olan maliyyənin böyük hissəsi isə xarici sərmayədarlar tərəfindən təmin olunmalıdır.

Son xəbərlər

Orphus sistemi