Bakı. 21 noyabr. REPORT.AZ/ "İrana neft ixracatını artırmaq üçün OPEK-in razılığı lazım deyil". "Report" xəbər verir ki, bu sözləri İranın neft naziri Bican Zanqane deyib.
"Neft ixracatının artırılması İranın mütləq hüququdur. Ölkə rəhbərliyi də bunun həyata keçirilməsi üçün neft ixrac edən ölkələr təşkilatından (OPEK) icazə istəməyə ehtiyac duymur", - nazirlər səviyyəsinə İranın paytaxtı Tehranda keçirilən qaz ixrac edən ölkələrin forumunun növbədənkənar görüşündə jurnalistlərin sullarını cavablandırarkən Zanqane bildirib.
Xatırladaq ki, bu gün daha öncə İranın neft nazirinin müavini Əmir Hosseyn Zamaniniya qaz ixrac edən ölkələrin forumu çərçivəsində çıxış edərkən ölkəsinin 5-6 ay ərzində neft hasilatını təqribən sutkada 1 milyon barelə qədər artıracağını söyləyib.