Yuxarı
    Bağlamaq

    Azərbaycanda neft məhsullarının tarif tənzimlənməsi aparılıb

    Qərar 13 yanvar 2015-ci il tarixindən qüvvəyə minir

    Bakı. 12 yanvar. REPORT.AZ/ Bu gün, yanvarın 12-də Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2014-cü il 30 dekabr tarixli qanununa uyğun olaraq, neft məhsullarının tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.

    “Report”un xəbərinə görə, məlumatı Tarif Şurasının saytı yayıb.

    “Məlum olduğu kimi, 2015-ci ilədək illik yol vergisini fiziki şəxslər avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə texniki baxışdan keçən zaman, hüquqi şəxslər isə balanslarında olan avtonəqliyyat vasitələrinə görə vergi orqanlarına müvafiq bəyannamə təqdim etməklə dövlət büdcəsinə ödəyirdilər. Bu zaman hüquqi və fiziki şəxslər tərəfindən istismara yararsız avtonəqliyyat vasitələrinə görə də onların avtomobil yollarından istifadə edib-etməmələrindən asılı olmayaraq yol vergisi ödənilirdi. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə yol vergisinin tətbiqi nəzərdə tutulub”, - məlumatda bildirilib.

    Yol vergisinin yanacağın qiymətinə əlavə edilməsi nəticəsində verginin ödənilməsi prosesi və verginin yığılması üzrə inzibatçılıq sadələşir, avtonəqliyyat vasitəsindən daha az istifadə edən şəxslər daha az vergi ödəyir, illik vergi bir dəfəyə deyil, hər dəfə yanacaq alınan zaman hissə-hissə ödənilir, hüquqi şəxslər tərəfindən vergi orqanlarına yol vergisi bəyannamələrinin təqdim olunması ləğv edilir, verginin tam yığılması təmin olunur. Göstərilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının iclasında müvafiq qərar qəbul edilib və yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.

    Qərar 13 yanvar 2015-ci il tarixindən qüvvəyə minəcək. Qərarın tam mətni Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində (www.tariff.gov.az) yerləşdirilib.


    Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri

    Məhsulun adı Şirkətdaxili tarif Aksiz Təchizat tarifi (ƏDV ilə) Topdansatış tarifi (ƏDV ilə) Yol vergisi Pərakəndə satış tarifi (ƏDV ilə)
    dərəcəsi məbləği
    manat/ton % manat/ton manat/ton manat/ton manat/ton manat/ton manat/litr
    I II III IV V VI VII VIII IX X
    1. Avtomobil benzini (Aİ-95) 482,12 64,0 308,56 15,0 948,0 26,20 1074,2 0,82
    2. Avtomobil benzini (Aİ-92) 411,91 65,0 267,74 15,0 817,0 26,20 943,2 0,72
    3. Avtomobil benzini (Aİ-80) 409,43 66,0 270,22 15,0 817,0 26,20 943,2 0,72
    4. Dizel yanacağı 430,19 18,0 77,43 15,0 614,0 23,80 737,8 0,62
    5. Reaktiv mühərrik yanacağı 338,20 9,0 30,44 15,0 450,0
    6. Nafta (ilkin emal benzini) 224,99 13,0 29,25 300,0
    7. Maye qaz 208,39 22,0 45,85 300,0 36,36
    8. Mühərrik yanacağı (DT-36) 228,95 24,0 54,95 15,0 350,0
    9. Mühərrik yanacağı (DT-20) 249,06 31,0 77,21 15,0 400,0
    10. Soba mazutu 234,49 3,0 7,03 15,0 300,0
    11. Bitum (BN-60/90, BNB-60/70) 305,39 11,0 33,59 400,0
    12. Bitum (MQO) 60,08 34,0 20,43 95,0
    13. Bitum (BNV, BNB-70/30, BNB-85/25) 161,73 31,0 50,14 250,0
    14. Ağ neft (KO-20) 318,42 32,0 101,89 12,0 508,0 558,0 0,45
    15. Qaz benzini 129,90 37,0 48,06 210,0
    16. Mühərrik yağı (M-12VB, M-14V2) 398,07 52,0 207,00 12,0 726,0 776,3 0,70
    17. Sənaye yağları (İ-12A, İ-20V, İ-40A, İ-8B1, İ-30V) 270,00 72,0 194,40 12,0 560,0 610,0 0,55
    18. Turbin yağları (T-22, T-30, T-46) 300,55 39,0 117,21 12,0 505,0 554,5 0,50
    19. Transformator yağı (T-1500) 331,82 54,0 179,18 12,0 615,0 665,4 0,60
    20. Digər yağlar (AK-15, S-11, XM-6, K-12, K-19, VM-4) 237,94 56,0 133,25 12,0 450,0 499,8 0,42
    21. Koks (KT-A) 54,12 19,0 10,28 76,0
    22. Koks (KT-T) 27,78 19,0 5,28 39,0
    23. Koks (KT-Q) 39,50 18,0 7,11 55,0  
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi