Neft korreksiya çərçivəsində ucuzlaşıb

Neft korreksiya çərçivəsində ucuzlaşıb Bir gün əvvəl “omikron” ştamı ilə bağlı narahatlıqların səngiməsi fonunda orta hesabla 3,5% bahalaşmış neft korreksiya çərçivəsində ucuzlaşıb.
Energetika
8 Dekabr , 2021 10:02
Neft korreksiya çərçivəsində ucuzlaşıb

Bir gün əvvəl “Omikron” ştamı ilə bağlı narahatlıqların səngiməsi fonunda orta hesabla 3,5% bahalaşmış neft korreksiya çərçivəsində ucuzlaşıb.

“Report” “Prime”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 9.22-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin fevral fyuçersləri 0,28% ucuzlaşaraq, 1 bareli 75,23 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 0,33% aşağı düşərək, 1 bareli 71,81 ABŞ dolları təşkil edib.

Amerika Neft İnstitutu (API) noyabrın 26-dək olan həftə ərzində ABŞ-da neft ehtiyatlarının 3,09 milyon barel azaldığını açıqlayıb. Analitiklər isə ehtiyatların 2,09 milyon barel artacağını gözləyirdilər. Hazırda ABŞ-ın Energetika Nazirliyinin ölkədəki neft ehtiyatları ilə bağlı rəsmi açıqlaması gözlənilir.

İngilis versiyası Oil falling in price

Son xəbərlər

Orphus sistemi