Neft hasilatının həcminə dair müəmmalı vəziyyət bazarda qiyməti aşağı saldı

Neft hasilatının həcminə dair müəmmalı vəziyyət bazarda qiyməti aşağı saldı Bu gün günorta saatlarında dünya bazarında neftin qiymətinin səhər saatlarına nisbətən kəskin azalması müşahidə edilib.
Energetika
3 Dekabr , 2020 17:54
Neft hasilatının həcminə dair müəmmalı vəziyyət bazarda qiyməti aşağı saldı

Bu gün günorta saatlarında dünya bazarında neftin qiymətinin səhər saatlarına nisbətən kəskin azalması müşahidə edilib.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 15:11-də London Əmtəə Birjasında “Brent” markalı neftin fevral fyuçersləri 0,56 % ucuzlaşaraq 47,98 ABŞ dollarına, WTI markalı neftin yanvar fyuçersləri isə 0,66 % ucuzlaşaraq 44,98 ABŞ dollarına satılıb. Halbuki səhər keçirilmiş hərraclarda ötən günün sonu ilə müqayisədə ucuzlaşma cəmi 0,1 % olub.

Xatırladaq ki, OPEC+ ölkələrinin Nazirlərinin Monitorinq Komitəsinin dekabrın 1-dən bu günə keçirilmiş iclasında neft hasilatının həcminin gələn il nə qədər ixtisar olunması məsələsinə aydınlıq gətirməlidir. İclasda hasilatın hazırkı səviyyədə saxlanmaqla sonradan tədricən artırılması barədə qərar veriləcəyi ehtimal olunur.

Bu ilin may ayında əldə edilmiş razılığa görə, avqust ayından ilin sonuna qədər hasilatda gündəlik ixtisarın 7,7 milyon barel, gələn il yanvarın 1-dən 2022-ci il aprelin sonuna qədər isə 5,8 milyon barel olması nəzərdə tutulub.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasına qarşı vaksinlərlə bağlı nikbinlik neftin kəskin ucuzlaşmasını əngəlləyir. “Pfizer” və “BioNTech” şirkətlərinin ötən gün Böyük Britaniyada rəsmən qəbul olunmuş yeni peyvəndlərinin koronavirusu cilovlamağa kömək edəcəyi, nəticədə iqtisadiyyatın daha tez dirçələcəyi və neftə tələbatın artacağı barədə fikirlər neft bazarına hakim kəsilib.

Son xəbərlər

Orphus sistemi