Neft hasilatının azaldılması anlaşması minimum daha 1 il uzadılmalıdır

Neft hasilatının azaldılması anlaşması minimum daha 1 il uzadılmalıdır Neft ehtiyatları son 5 ilin orta səviyyəsindən 300 mln. barel çoxdur
Energetika
25 Aprel , 2017 17:59
Neft hasilatının azaldılması anlaşması minimum daha 1 il uzadılmalıdır

Bakı. 25 aprel. REPORT.AZ/ OPEC və ona üzv olmayan neft ölkələri 30 noyabr 2016-cı il Vyana anlaşmasının daha 6 ay uzadılmasını müzakirə edərkən, neft sənayesinin veteranı və "FGE" konslatinq şirkətinin rəhbəri Firudin Feşakari bildirib ki, anlaşma ən az 1 il müddətinə uzadılmalıdır. 

"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, Feşakarinin sözlərinə görə, ancaq bu halda neft bazarında sabitlik təmin oluna bilər. Əks halda neft ehtiyatlarının son 5 ilin orta səviyyəsinə qədər enməsi mümkün olmayacaq. Xatırladaq ki, hazırda neft ehtiyatları son 5 ilin orta səviyyəsindən 300 mln. barel çoxdur.

Ekspert həmçinin bildirib ki, son zamanlar üzən və ofşor neft anbarlarında azalma qeydə alınsa da, kontinental anbarlarda artım müşahidə olunur. Torpaq ərazilərdə ehtiyatlar azalmağa başlamasa, anlaşmanı gələn il də uzatmaq lazım gələcək.