Neft hasilatının azaldılması 2022-ci ildən sonraya uzadıla bilər

Neft hasilatının azaldılması 2022-ci ildən sonraya uzadıla bilər Aprelin 9-da hazırkı dövrdə neft hasilatını 9,7 milyon barel azaltmaq barədə razılaşan OPEC+ formatının iştirakçısı ölkələri cari iln ikinci yarısı üçün azaltma həcmini 7,7 milyon barel səviyyəsində müəyyənləşdirib.
Energetika
13 Aprel , 2020 12:43
Neft hasilatının azaldılması 2022-ci ildən sonraya uzadıla bilər
0 : 00
0 : 00

Aprelin 9-da hazırkı dövrdə neft hasilatını 9,7 milyon barel azaltmaq barədə razılaşan OPEC+ formatının iştirakçısı ölkələri cari iln ikinci yarısı üçün azaltma həcmini 7,7 milyon barel səviyyəsində müəyyənləşdirib.

“Report” xəbər verir ki, bu barədə yeni razılaşmadan sonra yayılmış məlumatda bildirilir. 

Daha sonra isə 2022-ci ilin 30 aprel tarixinədək azaltma 5,8 milyon barel miqdarında nəzərdə tutulur.

Qeyd edək ki, hasilatı azaltmaq üçün istinad nöqtəsi 2018-ci ilin oktyabr ayı səviyyəsi, Səudiyyə Ərəbistanı ilə Rusiya üçün isə 11 milyon barel həddi seçilib.

2022-ci il 30 aprel  tarixindən sonrakı dövr üçün hasilatın azaldılıb-azaldılmayacağı məsələsi OPEC+ ölkələri tərəfindən 2021-ci ilin dekabr ayında müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi