Neft hasilatı ilə bağlı görüşlər oktyabrın 29-na qədər təxirə salınıb

Neft hasilatı ilə bağlı görüşlər oktyabrın 29-na qədər təxirə salınıb Bugünki görüşlə bağlı açıqlama nefti ucuzlaşdırıb
Energetika
12 Oktyabr , 2016 18:46
Neft hasilatı ilə bağlı görüşlər oktyabrın 29-na qədər təxirə salınıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Energetika Forumunda Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv olan və olmayan neft hasilatçısı ölkələrinin görüşü keçirilib. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, görüşdə neft bazarının vəziyyəti və gələcəkdə atıla biləcək addımlar müzakirə edilib. 

Bu barədə açıqlama verən Rusiyanın energetika naziri Aleksandr Novak deyib ki, növbəti iclas oktyabrın 29-da keçiriləcək və həmin iclasa Rusiya da dəvət olunub. 

O,  29 oktyabr sammitindən sonra da görüşlərin davam edəcəyini bildirib. Bu günkü görüşmələrdə isə o, neft hasilatının azaldılması məsələsinin müzakirə edilmədiyini bildirib. 

A.Novakın açıqlamasından sonra dünya bazarında neftin qiyməti azalmağa başlayıb. "Brent" markalı neft 1%-ə yaxın ucuzlaşaraq 51,90 dollar/barel olub. 

"Report"un analitik qrupu qiymətin həftənin sonuna qədər 50 dollar/bareldən aşağı düşəcəyini istisna etmir. 

Son xəbərlər

Orphus sistemi