Neft hasil edən ölkələr Vyana sazişinin uzadılmasını müzakirə edəcəklər

Neft hasil edən ölkələr Vyana sazişinin uzadılmasını müzakirə edəcəklər Hasilatın azaldılması həcminin olduğu kimi saxlanılması nəzərdə tutulur
Energetika
24 may 2017 22:25
Neft hasil edən ölkələr Vyana sazişinin uzadılmasını müzakirə edəcəklər

Bakı. 25 may. REPORT.AZ/ OPEC-ə daxil olan və olmayan neft ölkələrinin nümayəndələri cümə axşamı Vyanada neft hasilatının azaldılmasına dair sazişin fəaliyyət müddətinin daha 9 ay – 1 aprel 2018-ci il tarixinə qədər uzadılması barədə tövsiyəni müzakirə edəcəklər.

"Report" xəbər verir ki, bununla belə, neft hasilatının azaldılması həcminin olduğu kimi saxlanılması nəzərdə tutulur.

Müvafiq tövsiyəni mayın 24-də Sazişin İcrasının Monitorinqi üzrə Nazirlər Komitəsi qəbul edib. Bu komitə, həmçinin hasilatın azaldılması üzrə öhdəliklərin icra dərəcəsini də qiymətləndirib. Belə ki, OPEC-ə üzv olan və olmayan neft ölkələri tərəfindən hasilatın azaldılmasına dair sazişin yerinə yetirilməsi səviyyəsi aprel ayında 102 faiz təşkil edib.

Son xəbərlər

Orphus sistemi