Bakı. 16 oktyabr. REPORT.AZ/ Noyabrın 8-də saat 10:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda NEZ-in yenidənqurulması və modernizasiyası layihəsi çərçivəsində Ekologiya İdarəsi tərəfindən hazırlanmış Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi Sənədi ilə əlaqədar ictimai dinləmələr keçiriləcək.
“Report” SOCAR-a istinadən xəbər verir ki, bütün maraqlı şəxslər tədbirdə iştirak edə bilər.
İctimaiyyət nümayəndələrinin tanış olması üçün ƏMTQ sənədi elektron formatda SOCAR-ın rəsmi internet səhifəsində (
Maraqlananlar H.Əliyev adına NEZ-in Əməyin təhlükəsizliyi və keyfiyyətə nəzarət departamentinin Ekologiya şöbəsinin rəisi Qiyas Bayramovla (+99412) 521 00 00 (daxili nömrə 17623) və ya (+99450) 841-76-23 (mob.) telefon nömrələri, eləcə də [email protected] email ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.