Neft ekspertlərinin görüşü noyabrın 26-28-də baş tutacaq

Neft ekspertlərinin görüşü noyabrın 26-28-də baş tutacaq Bu, OPEC-in növbəti sammiti öncəsi sonuncu hazırlıq toplantısı olacaq
Energetika
14 Noyabr , 2016 16:43
Neft ekspertlərinin görüşü noyabrın 26-28-də baş tutacaq

Bakı. 14 noyabr. REPORT.AZ/ Neft bazarının sabitləşdirilməsi üçün ekspertlərin növbəti məsləhətləşmələri noyabrın 26-28-də baş tuta bilər. 

"Report" xəbər verir ki, bu aşıqlamanı Rusiyanın energetika naziri Aleksandr Novak verib: "Mərhələli şəkildə hərəkət etmək lazımdır. Növbəti mərhələ 26-28 noyabrdadır. Ekspertlər bir daha görüşərək OPEC-in 30 noyabr sammitindən öncə rəqəmlərə baxacaq və düzəlişlər edəcəklər".

Nazir Rusiyanın da məsləhətləşmələrdə iştirak edəcəyini xatırladıb: "Bu görüşdə OPEC üzvləri və təşkilata üzv olmayan neft ölkələri iştirak edəcək. Görüşün nəticələrinə dair mən heç bir proqnoz vermək istəmirəm. Fevral və apreldə olduğu kimi, indi də hasilatın dondurulması siyasətini öndə tuturuq. Gələn il Rusiyanın neft şirkətlərinin hasilatı artırması proqnozlaşdırılır. Noyabr sammitində hasilatın dondurulması ilə bağlı qərar qəbul olunsa, bu, Rusiya üçün hasilatın azaldılmasına bərabər olacaq. Belə ki, 2017-ci ildə Rusiyanın neft hasilatını gündəlik 200 min barel artırması gözlənilir".

A.Novak həmçinin bildirib ki, 2017-ci ildə neftə qlobal tələbatın 1,2 mln. barel/gün artması gözlənilir. Hasilatın dondurulması isə kifayət edəcək ki, hazırda qlobal bazarda olan əlavə neft təklifi gələn il tələbatla tarazlaşsın.

Son xəbərlər

Orphus sistemi