Neft ehtiyatlarındakı azalma qiymətin 56 dollar/bareli keçməsinə səbəb olub

Neft ehtiyatlarındakı azalma qiymətin 56 dollar/bareli keçməsinə səbəb olub Neftin qiyməti yaxın zamanda 60 dollar/bareli ötəcək
Energetika
12 Aprel , 2017 11:26
Neft ehtiyatlarındakı azalma qiymətin 56 dollar/bareli keçməsinə səbəb olub

Bakı. 12 aprel. REPORT.AZ/ ABŞ-ın neft ehtiyatları 1-7aprel həftəsində 1,3 mln. barel azalma göstərib. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu barədə məlumat Amerika Neft İnstitutunun (API) hesabatında yer alıb. API-nın hesabatına görə, həftə ərzində ABŞ-ın benzin ehtiyatları 3,73 mln. barel azalıb.

Qeyd edək ki, API göstəricisi ABŞ Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin (EİA) bu gün, aprelin 12-də Bakı vaxtı ilə saat 18:30-da açıqlayacağı rəsmi neft ehtiyatları göstəricisinin ilkin siqnalı kimi qəbul olunur. Analitiklər ABŞ-da neft ehtiyatlarının rəsmi göstəricisinin 1,5 mln. barel azalacağını proqnozlaşdırır. Lakin görünən odur ki, neft ehtiyatlarında azalma bir qədər çox ola bilər.

"Report"un analitik qrupu bildirir ki, "Brent" markalı neftin qiyməti ABŞ-da neft ehtiyatlarının azalması xəbərləri ilə artmağa başlayıb və hazırda 56 dollar/bareldən baha satılır. Bunun digər səbəbi kimi OPEC təşkilatının apreldə keçirəcəyi iclasda neft hasilatının azaldılması ilə bağlı 30 noyabr Vyana anlaşmasını uzada biləcəyi barədə səsləndirdiyi fikirlər təşkil edir.

Analitik qrup neft qiymətlərinin tədricən bu səviyyədən yüksələrək may ayında 65 dollar/barelə çatacağını ehtimal edir.

Son xəbərlər

Orphus sistemi