Neft dolların zəifləməsi fonunda bahalaşır

Neft dolların zəifləməsi fonunda bahalaşır "Brent"in bir barelinin qiyməti 70,55 dollara çatıb
Energetika
26 Yanvar , 2018 23:40
Neft dolların zəifləməsi fonunda bahalaşır

Bakı. 26 yanvar. REPORT.AZ/ Neft dolların dünya valyutalarına nisbətdə davam edən zəifləməsi fonunda ABŞ-da neft quyularının sayının artmasına baxmayaraq, bahalaşmaqdadır.

“Report” xəbər verir ki, bu barədə hərracların nəticələri deməyə əsas verir.

Bakı vaxtı ilə 22.12-yə olan vəziyyətə görə, "Brent" markalı Şimal dəniz neft qatışığının mart fyuçerslərinin dəyəri 0,18 faiz artaraq bir barel üçün 70,55 dollara çatıb. WTI markalı neftin mart fyuçerslərinin qiyməti isə 0,87 faiz artaraq bir barelə görə 66,06 dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi