Yuxarı

"Neft Daşları" yatağındakı yeni meydançadan qazılmış ilk quyu istismara verilib

Quyu sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib

Bakı. 16 iyun. REPORT.AZ/ “Neft Daşları” yatağında yeni quraşdırılmış 1637A nömrəli estakadayanı meydançada ilk quyu qazmadan sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı lay dəstəsinə qazılmış 2643 nömrəli quyu qazlift üsulu ilə məhsul verib.

Quyu 1 677-1 658 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi