“Neft Daşları” yatağında yeni quyu qazılır

“Neft Daşları” yatağında yeni quyu qazılır Quyudan sutkada 10 ton neft və 1 000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur
Energetika
16 Mart , 2017 13:25
“Neft Daşları” yatağında yeni quyu qazılır

Bakı. 16 mart. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 602A nömrəli stasionar dəniz özülündən 2668 nömrəli quyuda qazma işlərinə başlanılıb. 

"Report" bu barədə SOCAR-a istinadən xəbər verir. 

“Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1 550 metrdir. 

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1 000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi