​“Neft Daşları” yatağında yeni quyu qazılır

​“Neft Daşları” yatağında yeni quyu qazılır Quyudan sutkada 20 ton neft hasil olunacağı nəzərdə tutulur
Energetika
17 İyun , 2016 13:19
​“Neft Daşları” yatağında yeni quyu qazılır

Bakı. 17 iyun. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 2585 nömrəli meydançadan 2581 nömrəli quyuda qazma işlərinə başlanılıb.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2 610 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 20 ton neft hasil olunacağı nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi