​"Neft Daşları" yatağında yeni quyu qazılır

​"Neft Daşları" yatağında yeni quyu qazılır Quyudan sutkada 35 ton neft hasil olunacağı nəzərdə tutulur
Energetika
446
17 Fevral , 2015 15:26
​Neft Daşları yatağında yeni quyu qazılır

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neft Daşları” yatağındakı 1 887 nömrəli platformadan 2 680 nömrəli quyuda qazma işlərinə başlanılıb.

"Report"un verdiyi xəbərə görə, bu barədə SOCAR-ın yaydığı məlumatda bildirilir.

“Neft Daşları” NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 3 400 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 35 ton neft hasil olunacağı nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi