"Neft Daşları" yatağında yeni quyu qazılır

"Neft Daşları" yatağında yeni quyu qazılır Quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur
Energetika
28 Mart , 2016 14:20
Neft Daşları yatağında yeni quyu qazılır

Bakı. 28 mart. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 2150 saylı meydançadan 2161 nömrəli quyuda qazma işlərinə başlanılıb.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1 860 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi