Yuxarı

"Neft Daşları" yatağında yeni quyu istismara verilib

Quyu Neft Daşları NQÇİ-nin sifarişi ilə qazılıb

Bakı. 24 aprel. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 2 150 nömrəli stasionar dəniz özülündən 2 152 nömrəli quyu qazmadan sonra istismara verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyu 1 636-1 625 metr intervaldan sutkalıq 11 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Neft Daşları” NQÇİ-nin sifarişi ilə qazılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi