“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağında yeni quyu istismara verilib Quyu gündəlik 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
18 Avqust , 2017 17:20
“Neft Daşları” yatağında yeni quyu istismara verilib
Report.az

Bakı. 18 avqust. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 620A nömrəli stasionar dəniz özülündən 2621 nömrəli quyu qazmadan sonra istismara verilib.

“Report”un Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən Fasilə lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib. Quyu 1436-1430 metr intervaldan gündəlik 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb. 

Son xəbərlər

Orphus sistemi