Bakı. 17 mart. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 418A nömrəli meydançadan 2 633 nömrəli quyu qazmadan sonra istismara verilib.
“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyu 1 114-1 093 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu “Neft Daşları” NQÇİ-nin sifarişi ilə qazılıb.