"Neft Daşları" yatağında yeni quyu istismara verilib

"Neft Daşları" yatağında yeni quyu istismara verilib Quyu sutkalıq 11 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
10 Mart , 2016 14:37
Neft Daşları yatağında yeni quyu istismara verilib

Bakı. 10 mart. REPORT.AZ/ "Neft Daşları" yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2158 nömrəli quyu qazmadan sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib, 1828-1821 metr intervaldan sutkalıq 11 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Son xəbərlər

Orphus sistemi